“Seylab su”şirkəti 2017 ci ildən fəaliyyət göstərir. Xammal şəklində istifadə etdiyimiz suyun mənbəyi Xaçmaz rayonundan gələn “Şollar” suyudur. Şirkət istehsalatda yüksək standartlara cavab verən müasir texnalogiya ilə təchiz edilərək müştərilərinə ən keyfiyyətli məhsulu təqdim etməyi hədəfləyir. “Seylab” markasının yaranmasında başlıca məqsəd insanlar üçün faydalı suyu əlçatan etməkdir.
İSTEHSAL PROSESİ VƏ QABLAŞDIRMA.
İlkin olaraq xammal çənlərinə daxil olan su , orada bir qədər çökdükdən sonra 2 ədəd anti-
bakterial kartuş bazasında yerləşən, 20 mikron su keçirmə qabiliyyəti olan filterlərdən
keçərək ardıcıl olaraq “QUM” , “YUMŞALDICI” və “KÖMÜR” filterlərinə daxil olur.
Daha sonra su Əks-osmos sisteminə ötürülür, həmin sistemin yüksək təmizləmə
qabiliyyətinə malik membranları suyu bütün ağır metallardan (Mg,CL) və zərərli
maddələrdən tam azad edərək saf su çənlərinə ötürür. Sonradan həmin su “OZONATOR”
vasitəsilə tam ozonlaşdırılaraq, “DOLOMİT” (MİNERAL) avadanlığı vasitəsilə insan
orqanizminə yararlı minerallarla tam zənginləşdirərək , bakteriya əleyhinə ultra-bənövşəyi
lampadan keçərək son təmizləmə olan “Kartuş” bazasında yerləşən 1 mikron filterə
ötürülür. Oradan isə dolum makinasına daxil olan təmiz və minerallı su insan əli dəymədən
qablaşdırma prosesinə ötürülür.
Qablaşdırma prosesi 5 mərhələdən ibarətdir.
1. Makinaya daxil edilən qabları 2 çıxış vasitəsilə içdən yüksək təzyiq vasitəsilə tam
yuma.
2. İç hissəsi yuyulan qabların həm xarici, həm də təmiz su ilə yaxalama prosesi.
3. 3-3.5 bar təzyiqində qabların doldurulması.
4. POMP vasitəsilə qabların qapaqlarının bağlanması.
5. Son mərhələ olaraq hazır məhsulun anti-bakterial bez ilə silinərək, anbara təhvil
verilməsi.