Müxtəlif çiçəklərin nektarından toplanan sarımtıl rəngli bu bal növü xüsusi ətri və dadı ilə digər bal növlərindən fərqlənir. Tərkibi limon, qaratikan, yartikan, yonca, qanqal, gəzəngi və akasiya çiçəklərinin nektarı ilə zəngin olan çiçək balının orqanizmə bir çox faydaları mövcuddur. Tərkibindəki qanqal nektarı səbəbiylə böyrək və qaraciyər xəstəlikləri üçün faydalıdır. Yonca nektarına görə qadınlar üçün də tövsiyə olunur. Yonca, "estrogen" adlı qadın hormonlarına bənzər maddələr ehtiva edir. Bu maddələr xoşagəlməz klimaks simptomlarını azaldır, qan təzyiqini normallaşdırır və qadınlara klimaksı rahat keçirməsinə kömək edir. Yonca antiseptik, antibakterial, göbələk əleyhinə və viral təsir göstərir.